Virtual Dərslər

Dinlər tarixi

müəllim:
Şahlar Şərifov

Dinlər tarixi

 

Darul Hikmət Elm və Tədris mərkəzində Dinlər tarixi dərsi ilahiyyat üzrə fəlsəfə doktoru Şahlar Şərifov tərəfindən tədris edilir.

 

Bu dərsdə yer üzündə var olmuş istər səmavi, istərsə də insanların təxəyyülü əsasında formalaşmış batil dinlər haqqında bəhs ediləcək.
Batil dinlər bölməsində aşağıdakı dinlərin yaranma tarixi, inkişaf mərhələləri, ortaq və fərqli xüsusiyyətləri barədə məlumat veriləcək:
- Fetişizm
- Animizm
- Totemizm

 

Qeyd etmək lazımdır ki, insan təxəyyülü əsasında formalaşmış dinlər əsasən Qədim Roma, Misir, Babilistan, Yunanıstanda yayılmışdır.
Asiyada isə insan təxəyyülünə əsaslanan aşağıdakı dini cərəyanlar formalaşıb:
- Çində konfutsizm
- Yaponiyada şintoizm
- Hindistanda brahmanizm, buddizm və hinduizm.

 

Bu bölmədə hər 3 dinin tarixi, keçdiyi mərhələlər, bu dinləri gətirən peyğəmbərlər və sair haqqında danışılacaq.

 

Dinlər tarixi 46 dərsdən ibarətdir.

 

Dinlər tarixi dərsinə aşağıdakı link vasitəsilə keçid edərək izləyə bilərsiniz.
https://t.me/dinler_tarixi

Müəllim haqqında

Şahlar Şərifov

Şahlar Şərifov

Ətraflı