Onlayn dərs proqramı:
“Hikmət” Elm və Tədris Mərkəzi tərəfindən təqdim olunan onlayn dərslər proqramı canlı, interaktiv və tamamilə ödənişsiz şəkildə həyata keçirilir.
Dərslər öncədən tərtib edilmiş cədvələ əsasən, “Zoom” platforması üzərindən real vaxt rejimində təşkil olunur. Bu format, əvvəlcədən hazırlanmış video materiallardan fərqli olaraq, müəllim və tələbələr arasında birbaşa ünsiyyət və elmi müzakirə mühiti yaradır.
Tədris müddəti:
Dərslər hər il sentyabr ayından may ayınadək davam edən tədris proqramı çərçivəsində həyata keçirilir. Hər tədris mövsümü üçün qeydiyyat açılır və iştirak üçün qeydiyyat şərtdir.
Proqramın məqsədi:
Proqramın əsas məqsədi, tələbələrə İslam elmləri, fəlsəfə və dini təhlil sahələrində sistemli və elmi əsaslara söykənən biliklər təqdim etməkdir. Dərslər vasitəsilə tələbələr həm klassik, həm də müasir elmi yanaşmaları mənimsəyərək biliklərini dərinləşdirir və praktik sahədə tətbiq imkanları qazanırlar.
Tədris olunan fənlər:
Qeydiyyat məlumatı:
Qeydiyyat prosesi hal-hazırda aktivdir və 25 avqust tarixinədək davam edəcək.
Dərslərə qoşulmaq üçün aşağıdakı “Qeydiyyatdan keçin” düyməsinə klikləyin.
Əlavə məlumat üçün:
Tel/Whatsapp - 0775281483