2014-cü ildə təsis edilmiş Darul Hikmət Elm və Tədris Mərkəzi, İslam elmlərinin, fəlsəfi düşüncənin və mədəni maarifçiliyin təbliğinə yönəlmiş bir elm və inkişaf platforması kimi fəaliyyət göstərmişdir. Mərkəzimizin əsas məqsədi – dini və dünyəvi bilikləri elmi yanaşma ilə tədris etmək, düşünən və tənqidi baxışa sahib gənclər yetişdirmək, cəmiyyətin mənəvi və intellektual inkişafına töhfə verməkdir.
Mərkəz fəaliyyətə başladığı gündən etibarən, həm canlı, həm də virtual dərslərin təşkili ilə yanaşı, seminarlar, təlimlər, mühazirələr və elmi tədbirlərin keçirilməsi kimi bir çox sahədə uğurla fəaliyyət göstərmişdir.
2014–2023-cü illər arasında fəaliyyət göstərmiş kitabxanamız isə elmi və bədii ədəbiyyat nümunələrini bir araya gətirərək tədqiqatçılar və tələbələr üçün zəngin bir mənbəyə çevrilmişdi. Kitabxana öz dövründə mütaliə və öyrənmə mədəniyyətinin təşviqində mühüm rol oynamışdır.
Mərkəzimizin fəaliyyəti təkcə dərs keçməklə məhdudlaşmır. Buraya elmi təhlillərin aparılması, kitabların yazılması və tərcüməsi, yeni tədris materiallarının hazırlanması da daxildir. Bu istiqamətlərdə göstərilən fəaliyyətlərimiz, həm elmi ədəbiyyatın zənginləşdirilməsi, həm də elmi düşüncə tərzinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Darul Hikmət, daim yenilənən tədris metodlarına və təcrübəli müəllim heyətinin biliyinə əsaslanaraq, tələbələrin ehtiyac və maraqlarına uyğun müasir və səmərəli tədris mühiti yaratmağa çalışır. Dərslərin keyfiyyətinin yüksəldilməsi, tələbə məmnuniyyətinin təmin edilməsi və tədrisdə yenilikçi yanaşmaların tətbiqi mərkəzin prioritetləri sırasındadır.