Qeydiyyat

Hikmət Elm və Tədris Mərkəzi 2026/2027-ci tədris ili üzrə onlayn dərslərə növbəti tələbə qəbulunu elan edir!


Nəzərinizə çatdırırıq ki, onlayn tədris sistemini seçən tələbələr üçün dərslər öncədən müəyyən olunmuş cədvələ uyğun olaraq, "Zoom" proqramı vasitəsilə canlı şəkildə keçiriləcək. Tələbələr seçdikləri dərslərin sayından asılı olmayaraq, həmin dərslərin hər birində ödənişsiz şəkildə iştirak edə bilərlər.


"Hikmət" Elm və Tədris Mərkəzində 2026/2027-ci il tədris ilində aşağıdakı fənlər üzrə onlayn dərslər keçiriləcək:


  • - İslam etiqadı (Əqaid)
  • - İslam əxlaqı
  • - İslam tarixi və təhlili
  • - İmamların tarixi və təhlili
  • - Dinlər tarixi
  • - Hədisşünaslıq
  • - İrfanla tanışlıq
  • - Məhdəviyyət
  • - Quranla tanışlıq
  • - Quran qiraəti
  • - Quran anlama (Quranın tərcüməsi)
  • - Fiqh (İslam şəriəti)


Son qeydiyyat tarixi: 25 avqust


Dərslərə qoşulmaq üçün aşağıdakı anketi doldurmağınız zəruridir.


Qeydiyyatdan keçmiş tələbələr müvafiq dərslər üçün yaradılmış "WhatsApp" qruplarına daxil ediləcəklər. Dərslərlə bağlı bütün məlumatlar həmin qruplar vasitəsilə təqdim olunacaq.


Əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrindən və sosial şəbəkə səhifələrimizdən yararlana bilərsiniz:


Zəng | Whatsapp | 0775281483


Qeydiyyat

Qeydiyyatdan keçmək üçün şəxsi məlumatlarınızı daxil edin (3 addımdan 1-cisi)

Cins:
Davam et
Hamısı