Ruslan Məmmədli Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub. 2016–2024-cü illər ərzində "Darul Hikmət" Tədris Mərkəzində ilahiyyat təhsili alaraq, elmi biliklərini davamlı şəkildə zənginləndirmişdir.
Hazırda "Hikmət" Elm və Tədris Mərkəzinin icraçı direktoru vəzifəsində çalışmaqla yanaşı, mərkəzin akademik inkişafına rəhbərlik edir.
Eyni zamanda, "Hikmət" Elm və Tədris Mərkəzində Əxlaq və İrfan elmlərini tədris edir, tələbələrə yüksək səviyyədə elmi biliklər və mənəvi dəyərlər aşılayır. Həmçinin, etiqad və əxlaq sahələrində tələbələrin bilik və maarifləndirilməsinə xüsusi diqqət yetirir.