Məmmədov Sahib Hüseyn oğlu 1981-ci ildə Corat qəsəbəsində anadan olmuşdur.
O, dini təhsilini İslam Universitetində almış (2003–2008-ci illər) və bu sahədə lazımi bilik və bacarıqlara yiyələnmişdir.
Təhsilini başa vurduqdan sonra Sahib Məmmədov Corat Cümə məscidində fəaliyyətə başlamış və 2000–2023-cü illər ərzində burada axund vəzifəsini icra etmişdir. Bu illər ərzində o, dini icmaya rəhbərlik etmiş, dini maarifləndirmə işləri aparmış və qəsəbə sakinlərinin mənəvi-dini həyatında mühüm rol oynamışdır.