Fərəh Məmmədli

Fərəh Məmmədli

Fərəh Məmmədli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə (Politologiya) ixtisası üzrə bakalavr təhsilini, Bakı Dövlət Universitetinin Fəlsəfə fakültəsində isə magistratura təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Eyni zamanda, İPA Akademiyada Uşaq psixologiyası və Klinik psixologiya üzrə ixtisasartırma kurslarını bitirmişdir.  Alman və ingilis dillərində kifayət qədər biliyə malikdir. 


2016–2024-cü illər ərzində "Darul Hikmət" Tədris Mərkəzində ilahiyyat təhsili almış, paralel olaraq şəxsi inkişaf və peşəkar hazırlıq məqsədilə müxtəlif təlim və seminar proqramlarında iştirak etmişdir. Təhsil müddətində dini elmi fəaliyyətlərdə fəal iştirak etmiş, etiqad və əxlaq sahəsində tələbələrin maarifləndirilməsi və biliklərinin artırılması istiqamətində təlimlər keçirmişdir.

Hazırda "Hikmət" Elm və Tədris Mərkəzində İslam Əxlaqı elminin tədrisi ilə məşğuldur.