Tanrı mövzusu tarix boyu insanlar arasında müzakirə obyekti olmuşdur. Bir çox insan Tanrının varlığını isbat etməyə cəhd etmiş və bu iddialarını dəlillərlə əsaslandırmış, digərləri isə varlığı şübhə altına salmışdır. "Allah - mif yoxsa həqiqət" təlimində Tanrının mövcudluğu barəsində müxtəlif psixoloji, sosioloji, fəlsəfi aspektlərdən bəhs olunur. Rövşən Abdullaoğlunun təqdimatında keçirilən təlim 10 hissədən ibarətdir.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirdirkdən sonra İİR-də teologiya və fəlsəfə üzrə ali təhsilini davam etdirmişdir. Moskva Pozitiv Texnologiya və Konsaltinq İnstitutunun Psixoloji konsultasiya fakültəsinin geştalt-terapiya üzrə məsləhətçi-psixoloq ixtisasına yiyələnmişdir. Darul Hikmət Elm və Tədris Mərkəzində müxtəlif təlim və seminarlarla yanaşı Əxlaq fəlsəfəsi dərsini tədris edir.