Azərbaycan Dövlət Texniki Universitetinin və Bakı Dövlət Universitetinin məzunu olmuşdur. “Mənəvi Dünya” İctimai Birliyinin təsisçisi və rəhbəri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi və “Məşhədi Dadaş” məscidinin imam-cüməsi kimi uzun illər cəmiyyətə mənəvi xidmət göstərmişdir.
Zəngin elmi və dini biliyi, dərin təhlil qabiliyyəti, maarifçilik fəaliyyəti və natiqlik məharəti ilə tanınan Hacı Şahin Həsənli, ölkədə mənəvi dəyərlərin qorunması və yayılması istiqamətində böyük xidmətlər göstərmişdir.
Haqq dünyasına qovuşsa da, onun dəyərli fikirləri, ibrətamiz çıxışları və mənəvi irsi cəmiyyətin yaddaşında və könlündə yaşayır.
Hacı Şahin Həsənli mərkəzimizin təkcə dəyərli müəllimlərindən biri deyil, eyni zamanda mənəvi dayaq olmuşdur. Onun əziz xatirəsi, göstərdiyi fədakar xidmətlər və qoyduğu mənəvi irs mərkəzimiz tərəfindən daim dərin ehtiramla yad ediləcəkdir.