Dəstək və əməkdaşlıq haqqında

"Hikmət" Elm və Tədris Mərkəzi qeyri-kommersiya əsaslı elm və maarif platforması olaraq İslam elmlərinin tədrisi, fəlsəfi düşüncənin, milli və mənəvi dəyərlərin təbliği, eləcə də cəmiyyətin intellektual və mənəvi inkişafı istiqamətində fəaliyyət göstərir.

Mərkəzin əsas fəaliyyət istiqamətlərinə müxtəlif dərslərin təşkili, seminar və mühazirələrin keçirilməsi, kitab və məqalələrin hazırlanması, eləcə də elmi və bədii əsərlərin tərcüməsi və nəşri daxildir. Bütün bu fəaliyyətlər ictimai fayda və elmi inkişaf prinsiplərinə əsaslanaraq həyata keçirilir.

Əgər siz də bu maarifçilik missiyasına töhfə vermək, elmin və mənəviyyatın yayılmasında iştirak etmək istəyirsinizsə, ianə və maddi dəstəyinizlə bu işə qatqı göstərə bilərsiniz. Göstərdiyiniz dəstək yeni tədris layihələrinin icrasına, təhsil resurslarının genişləndirilməsinə və maarifçilik fəaliyyətlərinin davamlılığına töhfə verir.

Əlavə məlumat və dəstək üçün aşağıdakı əlaqə vasitəsindən istifadə edə bilərsiniz:

📞 Tel / WhatsApp – 077 528 14 83