Virtual Dərslər

İnsanşünaslıq

İnsanşünaslıq

 

Darul Hikmət Elm və Tədris Mərkəzində İnsanşünaslıq dərsi ilahiyyatçı Hacı Ramil Bədəlov tərəfindən tədris edilir.

 

İnsan yaradılmışların ən üstünüdür. Dünyagörüşündən asılı olmayaraq, hər kəs insanın digər varlıqlardan üstün olduğunu qəbul edir. Bəs görəsən, insanı digər varlıqlardan üstün edən səbəb nədir? Məgər heç zaman günah etməyən mələk insandan üstün deyil? Bu sualın cavabını insan adlanan varlığı doğru şəkildə tanıyandan sonra anlaya bilərik. Əminliklə demək olar ki, varlıq aləminin ən qabaqcıl mövzusu insanın kimliyi və onun həqiqətidir. Amma buna baxmayaraq, bir çoxları tərəfindən bu mövzuya o qədər də əhəmiyyət verilməyib. Tarix boyu insan daha çox zahiri tərəfdən inkişaf etmişdir. Çağımızda elm və texnologiyanın tərəqqisi bunun bariz nümunəsidir. Amma, əfsus, min kərə əfsus ki, insanın həqiqi mahiyyəti bu irəliləmənin kölgəsində, haşiyəsində, hətta kənarında qaldı. Onun həqiqi kimliyi zahiri inkişafda itib batdı. İnsan öz kimliyindən savayı bütün mövzularda müəyyən qədər önə çıxmağı bacardı, buna çalışdı və nail də oldu. Beləliklə, insanın başı daha çox zahiri işlərə qarışdı və o ən mühüm mövzunu unutmuş oldu. Bu çox ürəkyandıran bir haldır. İnsanşünaslıq adlanan bu dərsləri izləyərkən qeyd olunan mövzuları nəzərdən keçirəcək, öz həqiqi kimliyinizlə az da olsa tanış olacaq və özünüz barədə daha çox düşünməyə başlayacaqsınız.

 

İnsanşünaslıq dərsinə aşağıdakı link vasitəsilə keçid edərək izləyə bilərsiniz.

https://t.me/DH_insanshunasliq

Müəllim haqqında

Hacı Ramil Bədəlov

Hacı Ramil Bədəlov

Ətraflı