Dərslərimiz

İnsan yaradılmışların ən üstünüdür. Dünyagörüşündən asılı olmayaraq, hər kəs insanın digər varlıqlardan üstün olduğunu qəbul edir. Bəs görəsən, insanı digər varlıqlardan üstün edən səbəb nədir? Məgər heç zaman günah etməyən mələk insandan üstün deyil? Bu sualın cavabını insan adlanan varlığı doğru şəkildə tanıyandan sonra anlaya bilərik. Əminliklə demək olar ki, varlıq aləminin ən qabaqcıl mövzusu insanın kimliyi və onun həqiqətidir. Amma buna baxmayaraq, bir çoxları tərəfindən bu mövzuya o qədər də əhəmiyyət verilməyib. Tarix boyu insan daha çox zahiri tərəfdən inkişaf etmişdir. Çağımızda elm və texnologiyanın tərəqqisi bunun bariz nümunəsidir. Amma, əfsus, min kərə əfsus ki, insanın həqiqi mahiyyəti bu irəliləmənin kölgəsində, haşiyəsində, hətta kənarında qaldı. Onun həqiqi kimliyi zahiri inkişafda itib batdı. İnsan öz kimliyindən savayı bütün mövzularda müəyyən qədər önə çıxmağı bacardı, buna çalışdı və nail də oldu. Beləliklə, insanın başı daha çox zahiri işlərə qarışdı və o ən mühüm mövzunu unutmuş oldu. Bu çox ürəkyandıran bir haldır. İnsanşünaslıq adlanan bu dərsləri izləyərkən qeyd olunan mövzuları nəzərdən keçirəcək, öz həqiqi kimliyinizlə az da olsa tanış olacaq və özünüz barədə daha çox düşünməyə başlayacaqsınız.

Hacı Ramil Bədəlov
Hacı Ramil Bədəlov - İnsanşünaslıq
Video Thumbnail
Play

Ölüm nədir?

İnsanşünaslıq #7

0
Video Thumbnail
Play

Kamal axtarışı | Kamillik nədir?

İnsanşünaslıq #8

0
Video Thumbnail
Play

İnsanın fitri istəkləri

İnsanşünaslıq #9

0
Video Thumbnail
Play

İnsan nazil oldu

İnsanşünaslıq #10

0
Video Thumbnail
Play

Hz. Adəm və özşünaslıq

İnsanşünaslıq #11

0
Video Thumbnail
Play

Cəbr və ixtiyar

İnsanşünaslıq #12

0
Hamısı