Təlimlər

Kərbəla hadisəsində haqqa məhəbbət və haqtələblik

VAXTI:

04 Yanvar 2017

Saat 12:00

Uzun zaman keçməsinə baxmayaraq, Kərbəla hadisəsi öz əvəzolunmaz qəhrəmanlıq dastanı kimi haqsevərlərinin qəlbində daima öz təravətini qoruyub saxlayıb. Heç bir müharibə və döyüş bu qədər yad olunmayıb.
Kərbəla hadisəsinin özəlliyi bundan ibarətdir ki, qəlblərdə yaşayır və insanların qəlbində özünə məxsus yer tapıb. Düşünürəm ki, bunun əsas səbəbi Kərbəlada hadisənin haqq davası olmasıdır. Haqqa məhəbbət və haqsevərlik baş vermiş hadisənin yaddaşlarda qalmasına, zaman-zaman dillər əzbəri olmasına səbəb olub.
Kərbəlada haqq uğrunda savaş heç bir mənafe və maraq olmadan, öz həqiqi gözəlliyi ilə təsvir edilib. İmam Hüseynin (ə) niyyətində zərrə qədər şəxsi mənafe, mənfəət olsaydı heç vaxt qəlblərdə yer tapa bilməzdi. Bu mübarizə başdan ayağa Allah üçün idi. Hansısa dünyəvi məqama, məqsədə çatmaq üçün mövqe güdmədiyinə görə, Allah da İmam Hüseyni (ə) və tərəfdarlarını insanlara sevdirib.
Hacı Şahin Həsənli bu unudulmaz haqq savaşını təlim şəklində bizlər üçün bəyan edir.

Təlimçi haqqında

Hacı Şahin Həsənli

Hacı Şahin Həsənli

Ətraflı