Haqqımızda

2014-cü ildə təsis edilmiş Hikmət Elm və Tədris Mərkəzinin fəaliyyəti müxtəlif virtual və canlı dərslərin peşəkar səviyyədə tədrisinə, seminarların, təlimlərin, mühazirələrin və tədbirlərin keçirilməsinə istiqamətlənib.
Mərkəzdə dərslərin tədrisi ilə yanaşı, elmi və bədii əsərləri özündə birləşdirən kitabxana fəaliyyət göstərir. Həmçinin, mərkəzin fəaliyyətinə elmi təhlillərin aparılması, kitabların yazılması və tərcüməsi, elmi tədbirlərin təşkili də daxildir.
Hikmət Elm və Tədris Mərkəzi peşəkar təlim-tədris metodlarından və təcrübəli təlimçilərin bacarıqlarından istifadə etməklə, bu sahədə öz fəaliyyətini daim təkmilləşdirir.
Keçirilən dərslərin keyfiyyətinin artırılması, tələbə məmnuniyyəti, tədris sahəsində yeni metodların tətbiq edilməsi mərkəzin əsas məqsədləri sırasındadır.