TƏLİMÇİ

Hacı Şahin Həsənli

Hacı Şahin Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1991-ci ildə Bakı şəhər 189 saylı orta məktəbini bitiribdir. 1999-cu ildə Azərbaycan Dövlət Texniki Universitetini, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşhədi Dadaş” məscidində imam-camaatdır. 1998-2001-ci illərdə təsisçilərindən olduğu “İkmal” Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndәliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçiribdir. 2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edir, həmçinin QMİ Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsidir. Darul-Hikmət Elm və Tədris Mərkəzində əxlaq fəlsəfəsi və islam tarixi dərslərini tədris edir. Ailəlidir, 3 övladı var.