Dərslərimiz

Darul Hikmət Elm və Tədris Mərkəzində İslam tarixi dərsi ilahiyyat üzrə fəlsəfə doktoru Şahlar Şərifov tərəfindən tədris edilir. 


İslam tarixi dərsində islamın yaranma dövrü, mərhələləri və sair mövzulara toxunulacaq.
İslam tarixinin mərhələləri mövzusunda aşağıdakı dövrlərdən danışılacaq:
- Məhəmməd Peyğəmbərin (s) həyatı
a) Məkkə dövrü – (Peyğəmbərin (s) anadan olması, ailəsi, İslamiyyətdən əvvəlki baxışı, peyğəmbər seçilməsi, dini təbliğatı, İslamı ilk qəbul edən şəxslər, İslamın ilk şəhidləri)
b) Mədinə dövrü – (Hicrətdən sonrakı hadisələr)
- Raşidilər dövrü - (632-661, İslam fəthlərinin genişlənməsi, məsumların (ə) həyatı)
- Əməvilər dövrü - (661-750, Xəlifələrin dindən uzaqlaşması, üsyanların başlaması, Kərbəla hadisəsi, səhabələrə zülmlərin edilməsi)
- Abbasilər dövrü - (750-1258, Xilafət daxilində çaxnaşmaların güclənməsi)
- Misirdə Abbasi xilafəti
- Məmluklər dövrü
- Orta əsrlər dövrü
- Müasir dövr


Bu dərsdə tarixi proseslərlə yanaşı, məsum imamların (ə) tərbiyə metodları, məktəbi, keçdiyi yollar, insanlarla rəftarı və sair mövzulardan da bəhs açılacaq.


İslam tarixi 64 dərsdən ibarətdir.

Şahlar Şərifov
Şahlar Şərifov - İslam tarixi
Video Thumbnail
Play

İslama qədərki Ərəbistan

İslam tarixi #3

0
Video Thumbnail
Play

Hz.Peyğəmbərin (s) soyu, anadan olması, uşaqlıq və gənclik dövrü

İslam tarixi #4

0
Video Thumbnail
Play

Hz.Peyğəmbərin (s) peyğəmbərliyi və onun təqibi

İslam tarixi #5

0
Video Thumbnail
Play

Gizli və açıq dəvət | Yavmul-inzar hədisi

İslam tarixi #6

0
Video Thumbnail
Play

Hicrətlər və müsəlman icmasının formalaşması

İslam tarixi #7

0
Video Thumbnail
Play

Hz.Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti və orada həyata keçirdiyi islahatlar

İslam tarixi #8

0