Dərslərimiz

Bu dərsdə öncə fəlsəfənin nə olduğundan, daha sonra İslamın fəlsəfi yanaşmasından bəhs ediləcək.
Qısaca olaraq nəzərinizə çatdıraq ki, fəlsəfə həqiqəti dərk etmə, bəyan etmə, çatdırma və anlatma üslubu və elmidir. İslam fəlsəfəsi isə bu həqiqətin maddi və qeyri-maddi tərəflərini araşdırır.

 

İslam fəlsəfəsi dərsində aşağıdakı mövzulardan danışılacaq:
- Fəlsəfə nədən ibarətdir?
- İslam fəlsəfəsinin tərkib hissəsi nədən ibarətdir?
- Real tərkib hissədir, yoxsa deyil?
- İslam fəlsəfəsində hansı cərəyanlar var? (məşşailik (prepatik), işraqilik və mütaliə fəlsəfəsi)

 

Dərsdə bəhs ediləcək önəmli mövzulardan biri də vücud (mütləq varlıq) haqqında olacaq. Bu mövzuya aşağıdakı istiqamətlərdən yanaşılacaq:
- Vücudun mahiyyəti
- Nəyə görə vücud İslam fəlsəfəsinin təməlində dayanır?
- Vücudun orijinallığı və qeyri-orijinallığı

 

Daha sonra çoxluq anlayışı araşdırılacaq. Çoxluğun nədən ibarət olduğu və çoxluğun vəhdətə dayanması izah ediləcək.

 

Həmçinin səbəb-nəticə mövzusundan da bəhs ediləcək. Səbəb-nəticənin aləmdəki təsiri, qisimləri və təsnifatı haqqında məlumat veriləcək.

 

Daha sonra aşağıdakı mövzulara da toxunulacaq:
- Maddilik, qeyri-maddilik və isbatlanması
- Fizikallıq, qeyri-fizikallıq və isbatlanması
- Mücərrədlik
- Zaman və məkan anlayışı, mücərrədlikdə rolu
- Molla Sədranın Hikmət fəlsəfəsində substansiyanın hərəkəti

 

Ən sonda ilahiyyat məsələsinə fəlsəfi aspektdən yanaşmaya nəzər yetiriləcək.



Vaqif Quliyev
Vaqif Quliyev - İslam fəlsəfəsi
Video Thumbnail
Play

Məkan, zaman və hərəkət | Məkanın mahiyyəti və fəlsəfədə yeri

İslam fəlsəfəsi #42

0
Video Thumbnail
Play

Zamanın mahiyyəti və fəlsəfədə yeri

İslam fəlsəfəsi 43

0
Video Thumbnail
Play

Zaman-hərəkət münasibətlər və hərəkətin aksidensiyalara nisbəti

İslam fəlsəfəsi #44

0
Video Thumbnail
Play

Substansıyanın hərəkətini qeyri mümkün bilənlərin arqumenti

İslam fəlsəfəsi #45

0
Video Thumbnail
Play

Aktual və potensiallıq; iki növ hərəkət və fizikada hərəkət nəzəriyyələri

İslam fəlsəfəsi #46

0
Video Thumbnail
Play

Atomism və atom nəzəriyyyəsi fizikadan fəlsəfəyə qədər

İslam fəlsəfəsi #47

0
Hamısı