Dərslərimiz

Darul Hikmət Elm və Tədris Mərkəzində İslam etiqadı (Əqaid) dərsi ilahiyyatçı Elşən İsmayılov tərəfindən tədris edilir.

 

Hər bir insanın özünəməxsus dünyagörüşü, əqidəsi var və hər kəs öz əqidəsinə uyğun olaraq yaşamağa cəhd göstərir. Elə bu səbəbdən də insanların yaradanı olan Allah bəndələrinə vəhy göndərməklə, onları əql və təcrübi yolla çata bilməyəcəkləri həqiqətlərdən xəbərdar edir. Haradan gəlib, haradadır, necə bir yaranışdır, haraya gedəcək, necə getməlidir, nə etməlidir, hansı səbəbə yaranıb, necə xoşbəxt ola bilər, dünyadakı hədəfi nədir, o hədəfə necə çata bilər və sair bu kimi suallara cavab verməklə Yaradan öz bəndəsinin əqidəsini formalaşdır. Ona maddi aləmdən başqa mücərrəd aləmin də var olmasından, həmçinin, o aləmə məxsus varlıqlardan xəbər verir. Eləcə də, dünyadan sonrakı axirət aləmində səadət məkanı olan cənnətin, əzab məkanı olan cəhənnəmin dərəcələrindən danışır.
Bütün bu əqidələrin məcmusunu özündə ehtiva edən elm kəlam elmidir (başqa adla əqaid, islam etiqadı)....
Deməli, bu elmdə üç fundamental bölmə var; Tovhid-Ədalət (Yaradanla bağlı) bölməsi, Nübuvvət-imamət (Yaradanla bəndələr arasında vasitəçi olan nümayəndələr) bölməsi və məad (dünyadan sonrakı aləmlə bağlı) bölməsi ...
Bunlardan əlavə, digər əqidə prinsipləri, dinin mahiyyət və fəlsəfəsi, dinin zəruriliyi və sair mövzular bu elmin müzakirə obyektlərindəndir.

Elşən İsmayılov
Elşən İsmayılov - İslam etiqadı (Əqaid)
Video Thumbnail
Play

ALLAHIN ƏMR VƏ QADAĞALARININ MAHİYYƏTİ - İSLAM ETİQADI (ƏQAİD) DƏRSİ

İSLAM DÜNYAGÖRÜŞÜ #07

0
Video Thumbnail
Play

ƏQL VƏ VƏHYİN BİR-BİRİNİ TƏSDİQLƏMƏSİ - İSLAM ETİQADI (ƏQAİD) DƏRSİ

İSLAM DÜNYAGÖRÜŞÜ #08

0
Video Thumbnail
Play

ÜSULİDDİN VƏ FİRUİDDİNDƏ TƏQLİD ANLAYIŞI - İSLAM ETİQADI (ƏQAİD) DƏRSİ

İSLAM DÜNYAGÖRÜŞÜ #09

0
Video Thumbnail
Play

VƏHY VƏ ELM ARASINDA ZİDDİYYƏTİN MÜMKÜNSÜZLÜYÜ - İSLAM ETİQADI (ƏQAİD) DƏRSİ

İSLAM DÜNYAGÖRÜŞÜ #10

0
Video Thumbnail
Play

İSLAM DÜNYAGÖRÜŞÜNDƏ VARLIQ ALƏMİ - İSLAM ETİQADI (ƏQAİD) DƏRSİ

İSLAM DÜNYAGÖRÜŞÜ #11

0
Video Thumbnail
Play

ALLAHIN RƏHMANİYYƏT VƏ RƏHİMİYYƏT SİFƏTLƏRİ - İSLAM ETİQADI (ƏQAİD) DƏRSİ

İSLAM DÜNYAGÖRÜŞÜ #12

0
Hamısı