Dərslərimiz

Darul Hikmət Elm və Tədris Mərkəzində Epistemologiya dərsi Emin İmanlı tərəfindən tədris edilir.

 

Epistemologiya və ya “bilik nəzəriyyəsi” fəlsəfənin üç ana qolundan biridir. Digər iki qolu isə ontologiya və aksiologiyadır; birincisi varlıqdan, ikincisi isə dəyərdən bəhs edir. Epistemologiya isə insanın biliklə bağlı fundamental suallarını əqli metod əsasında araşdıran bir elm sahəsidir.
Bu elmdə müzakirə edilən bütün mövzular bu üç sual – “Bilik nədir?”, “Bilik əldə etmək mümkündürmü?”, “Biliyin qaynaqları hansılardır?” ətrafında dövr edir. Bu üç sual ilk baxışda “üç sual” kimi görünür, amma suala verilən cavabların doğurduğu yeni suallar, əslində, sayıla bilməyəcək qədər çoxdur; bu üç sualdan hər biri özü ilə birgə saysız-hesabsız suallar doğurur. Beləcə, hər bir suala verilən cavabdan yeni suallar və yeni cavablar doğur.Deməli, bütün bunları bir çətir altına toplayan elmin adıdır epistemologiya! 

Emin İmanlı
Emin İmanlı - Epistemologiya
Video Thumbnail
Play

Qetier problemi: dördüncü şərti gərəkli hesab edən yanaşmalar

Epistemologiya #26

0
Video Thumbnail
Play

Əsaslandırma nəzəriyyələrinə giriş

Epistemologiya #27

0
Video Thumbnail
Play

Əsaslandırma nəzəriyyəsi: Fundasionalizmə giriş

Epistemologiya #28

0
Video Thumbnail
Play

Əsaslandırma nəzəriyyəsi: Fundasionalizmin iki növünün izahı

Epistemologiya #29

0
Video Thumbnail
Play

Əsaslandırma nəzəriyyəsi: fundasionalizmin lehinə sonsuz silsilə arqumenti

Epistemologiya #30

0
Video Thumbnail
Play

Əsaslandırma nəzəriyyəsi: sonsuz silsilə arqumentinin detallı şərhi

Epistemologiya #31

0
Hamısı