Hikmət Elm və Tədris mərkəzinin kitabxanasından kitab götürmək üçün kitabxanaya üzv olmaq tələb olunur. Bunun üçün kitab götürmək istəyən şəxslər “oxucu kart”- na sahib olmalıdırlar. Kartın etibarlılıq müddəti istifadəyə verildiyi vaxtdan 6 ay müddətinə qədərdir. 6 aylıq abunəlik haqqı üçün 10 AZN ödənilməlidir. Kitabxanadan istifadə qaydaları: - Oxucular eyni zamanda 1 kitab götürmək hüququna malikdirlər. - Kitabların qaytarılma müddəti səhifə etibarı ilə: 0 – 200 səh = 15gün 200 – 350 səh = 20gün 350 – (üzəri) = 30gün - Göstərilən müddət ərzində kitablar qaytarılmasa oxucu hər iki günə görə 1 azn ödəməlidir. - Əgər kitabların qaytarılması təyin olunmuş vaxtdan 1 həftə müddətində gecikdirilərsə, oxucu kitabxanadan istifadə hüququndan məhrum ediləcək. - Kitablara hər hansı zərər vurularsa oxucu zərər vurduğu kitabın dəyərini ödəməli və yaxud kitabı yenisi ilə əvəz etməlidir.
Sinron dərslər
Əziz tələbələr!!!
Darul Hikmət Elm və Tədris Mərkəzi virtual sistemi tətbiq edərək, sizin üçün geniş imkanlar yaratdı. Bu sistem sayəsində rahatlıqla dərslərimizdən faydalanma imkanını əldə edəcəksiniz.
Qeyd edək ki, tədris ili 2020-ci ilin sentyabrından 2021-ci ilin may ayınadək olan dövrü əhatə edəcək.
Tələbələrimiz ya canlı şəkildə keçiriləcək SİNXRON dərslərdən, ya da tələbələrin şəxsi kabinetlərinə hazır video fayl şəklində yüklənmiş ASİNXRON dərslərdən faydalana biləcəklər.
SİNXRON DƏRSLƏR
Sinxron dərs sistemini seçmiş tələbələrə isə dərslər öncədən təyin olunmuş dərs saatında müvafiq proqram təminatı vasitəsilə (zoom proqramı) canlı keçiriləcək. Sinxron dərslərin iştirakçıları seçdikləri dərslərin sayından asılı olmayaraq bütün dərslərdə iştirak etmək üçün aylıq 10 manat ödəniş etməlidirlər. Ödənişlərin qaytarılması şərti isə sinxron dərslərin tələbələrinə şamil edilmir.
Darul Hikmət Elm və Tədris Mərkəzində 2020/2021-ci il tədris ilində aşağıdakı fənlər üzrə SİNXRON dərslər keçiriləcək:
- Quran qiraəti
- Quran anlama (Quranın tərcüməsi)
- İslam tarixi
- Dinlər tarixi
- Fiqh (İslam şəriəti)