Virtual dərslər

Asinxron dərslər

ASİNXRON DƏRSLƏR
Asinxron dərslər Darul Hikmət Elm və Tədris Mərkəzinin tələbələri üçün hazırlanmış xüsusi PORTALda hər tələbə üçün yaradılacaq şəxsi kabinetə, hər həftə yüklənməklə tələbələrin ixtiyarına veriləcək. Bu sistemi seçən tələbələr dərsləri istədiyi zaman izləyə bilmək imkanı əldə edəcəklər.
Bir qeydi nəzərinizə çatdırırıq ki, rahatlığı təmin etməklə yanaşı, tələbələrin dərslərə qarşı ciddiyyəti də bizlər üçün çox mühümdür. Bu səbəbdən dərsləri ÖDƏNİŞLİ əsaslarla etdik. Asinxron dərslərin dinləyiciləri hər seçilən dərsə görə aylıq 10 manat ödəniş etməklə dərslərdən faydalana biləcəklər. Həmçinin imtahan nəticələri müsbət olan tələbələr il boyu ödədikləri ödənişləri tam olaraq geri almaq fürsətinə malik olacaqlar.

 

Darul Hikmət Elm və Tədris Mərkəzində 2020/2021-ci il tədris ilində aşağıdakı fənlər üzrə ASİNXRON dərslər keçiriləcək:

 

- Əqaid (İslam etiqadının əsasları) Elşən İsmayılov
- Əxlaq elminin əsasları Elşən İsmayılov
- Quran elmləri (Quranla tanışlıq) Təbriz Qasımov
- İslam tarixi Şahlar Şərifov
- Fiqh (İslam şəriəti) Elbrus Kərimov
- Məntiq Elbrus Kərimov
- İslam fəlsəfəsi Vaqif Quliyev
- Yeni kəlam elmi (Din fəlsəfəsi, Müasir teologiya) Vaqif Quliyev
- Əxlaq fəlsəfəsi Vaqif Quliyev