TƏLİMÇİ

Rövşən Abdullaoğlu

Rövşən Abdullaoğlu  28 sentyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. İran İslam Respublikasının teologiya və fəlsəfi mərkəzlərində ali təhsilini davam etdirmişdir. Moskva Pozitiv Texnologiya və Konsaltinq İnstitutunun Psixoloji konsultasiya fakültəsinin geştalt-terapiya üzrə məsləhətçi-psixoloq ixtisasına yiyələnmişdir. Azərbaycan, türk, ərəb, fars və rus dillərini bilir. Kitablarında psixologiya, motivasiya, irfan, fəlsəfə və teologiya mövzularına toxunur. Azərbaycanda 11 müstəqil, 9 tərcümə və şərh, 2 tərcümə olmaqla 22 kitabı yayımlanmışdır. Darul Hikmət Elm və Tədris Mərkəzində fəlsəfə və etiqad (əqaid) dərslərini tədris edir.