TƏLİMÇİ

Elvin Dadaşsoy

Elvin Dadaşsoy 1990-cı ildə Quba rayonunun Susay kəndində anadan olmuşdur. 2008-ci ildə 2-ci ixtisas qrupu üzrə tələbə qəbulu imtahanlarında 700 bal toplamışdır. 2009-2010-cu illərdə könüllü olaraq ingilis dili müəllimi kimi dərslər demişdir. Daha sonra təhsil aldığı akademiyada tərcüməçi kimi çalışmışdır. 2010-2011-ci illərdə marketing meneceri kimi işə başlamış, top menecerə qədər uğurla irəliləmişdir. 4-cü kursda “Cazibə Qüvvəsi” fərdi inkişaf jurnalında redaktor müavini kimi çalışmışdır. 2014-cü ildə isə məktəbəqədər hazırlıq mərkəzi olan Panda School brendini yaratmışdır. 2017-ci ilin iyulunda isə fərqli sahədə yatırım etmiş, “Phi Gallery” adlı gözəllik qalareyasını təsis etmişdir. Elvin Dadaşsoy həmçinin fərdi inkişaf və biznes yönümlü təlimlər verir. Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisidir.