Haqqımızda

İbrahim Quliyev

İbrahim Quliyev

10 iyun 1978-ci ildə Saatlı rayonunda anadan olmuşdur.

2011-ci ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə Dissertantura şöbəsinə qəbul olmuş və dissertant kimi elmi tədqiqatlar aparmışdır. 2016-cı ildə “Dinşünaslıq” ixtisası üzrə “Əllamə Məhəmməd Baqir Məclisi və onun “Biharül-ənvar” əsəri” mövzusunda yazdığı dissertasiyasının müdafiəsi əsasında fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yüksəlmişdir.

İbrahim Quliyev elmi fəaliyyəti ilə bərabər elmi-publisist fəaliyyət ilə də məşğul olur. İndiyə kimi yerli və xarici mətbuatda müxtəlif mövzularda 100-dən artıq məqaləsi işıq üzü görüb.

2012-ci ildə “Hədisi-şəriflərdə müqəddəs şəhərlərin tarixi” adlı ilk kitabı çapdan çıxmışdır.
2013-cü ildə “Hədisşünaslığın əsasları” adlı ikinci kitabı çapdan çıxmışdır. Hədis elminin tarixi və metodoloji əsasları haqqında yazılmış kitabın əsas mövzusu hədisin dindəki əhəmiyyəti, hədis elmlərinin meydana gəlməsi və təşəkkül tarixi, ən məşhur hədis alimləri və əsərləri, Azərbaycan hədisşünaslarının hədis elmində yeri, hədis növləri, hədislərin uydurulması səbəbləri və s. ibarətdir.
2016-ci ildə “Suallara cavablar (hədisi-şəriflər kontekstində)” adlı üçüncü kitabı çapdan çıxmışdır. Kitabda şəri sualarla yanaşı, dini-fəlsəfi mövzularda olan problemlər sual şəklində qoyulmuş və cavablandırılmışdır.
2018-ci ildə “Əllamə Məhəmməd Baqir Məclisi və onun “Biharül-ənvar” əsərinin hədis tarixində yeri” adlı dördüncü kitabı çapdan çıxmışdır.
2019-cu ildə “Azərbaycan hədisşünaslığının inkişaf tarixi” adlı beşinci kitabı işıq üzü görmüşdür. Kitabda Azərbaycan hədisşünaslığının inkişaf tarixindən, hədis elmlərinin inkişafına töhfələr vermiş Azərbaycan alimlərinin həyat və yaradıcılığından bəhs edilmişdir.

İbrahim Quliyev indiyə kimi bir çox beynəlxalq elmi konfrans, simpozium və tədbirlərdə çıxış etmişdir.

Hal-hazırda Azərbaycan İlahiyyat İnstitutunda müəllim olaraq fəaliyyət göstərir.
Həmçinin Darul Hikmət Elm və Tədris Mərkəzində Hədis və Rical elmi dərsini tədris edir.