FƏALİYYƏTİMİZ

“Sosial Elmlərdə Araşdırma Metodları” adlı seminar
07 Iyul 2017

“Sosial Elmlərdə Araşdırma Metodları” adlı seminar

Darul Hikmət Elm və Tədris Mərkəzinin təşkilatçılığı və CBS Language & Business School dəstəyi ilə 19.07.2017 tarixində saat 17:30-da “Sosial Elmlərdə Araşdırma Metodları” adlı seminar keçirilmişdir.

Seminar:
elmi məqalələr və ya oxşar elmi yazılar üzərində işləyən/işləyəcək mütəxəssislər; 
elmi və sənaye araşdırmaları ilə məşğul olan/olacaq mütəxəssislər;
doktoranturaya müraciət etməyə hazırlaşan şəxslər (xüsusilə xarici ölkələrdə); 
diplom işi üzərində işləyən/işləyəcək bakalavr və magistr tələbələri üçün nəzərdə tutulub. 
3 saat davam edəcək seminar: 
Elmi araşdırma sualı nədir və necə yaranır? 
Elmi bilik nədir və necə əldə edilir? 
Ontologiya, epistemologiya və elmi araşdırma
Elmi araşdırmanın növləri 
Quantitativ, qualitativ, eksperimental və s. araşdırma metodları 
Araşdırma sualına görə araşdırma metodunun seçilməsi
Nəticə, faydalılıq və tətbiqlilik 
kimi mövzuları müzakirə olunmuşdur.

Təlimçi Fuad Mehrəliyev
Təhsili: 
2004 – 2008 / Bakalavr / Turizm və sosial mədəni servis / BDU 
2008 – 2010 / Magistr / Turizm və sosial mədəni servis / BDU 
2010 – 2012 / Magistr / Turizm / Umea Universiteti / Umea, İsveç 
2016 – davam edir / PhD / Turizm, qonaqpərvərlik və tədbir menecmenti, Hong Kong Politexnik Universiteti / Hong Kong 
Müəllimlik fəaliyyəti 
2012 – 2016 / Qərb Universiteti (əsas iş yeri) 
2014 – 2016 / Bakı Dövlət Universiteti və Turizm və Menecment Universitetində müxtəlif vaxtlarda bir neçə qrupda dərs demişdir 
2016 – davam edir / Hong Kong Politexnik Universitetində (PolyU) təhsillə yanaşı müəllimlik fəaliyyətini davam etdirir. 
Əsas maraq sahələri: 
Turizmdə araşdırma metodları, Turizm və sosial media; Turizm və informasiya texnologiyaları