"Natamamlıq kompleksi" mövzusunda seminar
25 fevral 2018 tarixdə Darul Hikmət Elm və Tədris mərkəzinin təşkilatcılığı ilə Ümumrusiya professional psixoloqlar liqasinin və Amerika konsultantlar assosiasiyasının həqiqi üzvü psixoloq-psixoterapevt Təhminə Çələbinin təqdimatında "Natamamlıq kompleksi" mövzusunda seminar keçirilmişdir. Seminarın keçirilməsində göstərilən dəstək və əməkdaşlığa görə Baku City Academy və Psixoterapiya Liqası şirkətlərinə təşəkkürümüzü bildiririk.