FƏALİYYƏTİMİZ

İmam Əli (ə) mövludu ilə bağlı tədbir
18 Mart 2019

İmam Əli (ə) mövludu ilə bağlı tədbir

17 mart 2019-cu il tarixində Darul Hikmət Elm və Tədris Mərkəzinin İmam Əli (ə) mövludu ilə bağlı tədbiri keçirilmişdir. Mövlud tədbirində mərkəzin bu tədris ili ərzində fərqlənmiş tələbələrinə, Elmar Məhərrəmov və Jalə Məmmədovaya ilin ən yaxşı tələbəsi adları, həmçinin mərkəzin müəllimi Elbrus Kərimova ilin ən yaxşı müəllimi adı verilmişdir. Tədbirdə həmçinin dəyərli ilahiyyatçılar Hacı Şahin Həsənli, Hacı Mir Cəfər Əyyubov, Hacı Əkrəm Əliyev, Hacı Ramil Bədəlov, Təbriz Qasımov, Quran qarisi Hacı Ruslan Qasımov həmçinin yazıçı-psixoloq Rövşən Abdullaoğlu, şair Arif Buzovnalı, psixoloq Rəvan Soltanov və bir sıra digər qonaqlar iştirak etmişlər.