Biznes Psixologiyası

17 dekabr 2018-ci il tarixdə Darul Hikmət Elm və Tədris Mərkəzində biznes təlimçi Elvin Dadaşsoyun təqdimatında "Biznes Psixologiyası" adlı seminar keçirilmişdir. Seminar ərzində təlimçi Elvin Dadaşsoy biznesə yeni başlamaq istəyənlər üçün bəzi psixoloji məqamları qeyd etmiş və sonda iştirakçıların suallarını cavablandırmışdır.

Elvin Dadaşsoy
Elvin Dadaşsoy

Elvin Dadaşsoy 1990-cı ildə Quba rayonunun Susay kəndində anadan olmuşdur. 2008-ci ildə 2-ci ixtisas qrupu üzrə tələbə qəbulu imtahanlarında 700 bal toplamışdır. 2009-2010-cu illərdə könüllü olaraq ingilis dili müəllimi kimi dərslər demişdir. Daha sonra təhsil aldığı akademiyada tərcüməçi kimi çalışmışdır. 2010-2011-ci illərdə marketing meneceri kimi işə başlamış, top menecerə qədər uğurla irəliləmişdir. 4-cü kursda “Cazibə Qüvvəsi” fərdi inkişaf jurnalında redaktor müavini kimi çalışmışdır. 2014-cü ildə isə məktəbəqədər hazırlıq mərkəzi olan Panda School brendini yaratmışdır. 2017-ci ilin iyulunda isə fərqli sahədə yatırım etmiş, “Phi Gallery” adlı gözəllik qalareyasını təsis etmişdir. Elvin Dadaşsoy həmçinin fərdi inkişaf və biznes yönümlü təlimlər verir. Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisidir.

Video Thumbnail
Play

Biznes Psixologiyası

0