Sevinc Qurbanova

Sevinc Qurbanova

Sevinc Qurbanova, Bakı Mühəndislik Universitetinin Mexanika mühəndisliyi fakültəsində təhsil aldığı müddətdə Avropa Birliyinin dəstəyi ilə Erasmus+ proqramı çərçivəsində Orta Doğu Teknik Universitetində ingilis dilində təhsil almışdır. İngiltərədə təşkil olunmuş yay məktəbində iştirak etmiş, “Oxford House College”-də ümumi ingilis dili kursunu bitirmiş və İtaliyanın Milan Politexnik Universitetində Enerji mühəndisliyi üzrə magistr dərəcəsini almışdır. 

Hikmət Elm və Tədris Mərkəzində ingilis dili müəlliməsi olmaqla yanaşı, tədris proqramlarının hazırlanması və inkişafında da fəal iştirak edir. O, həmçinin tələbələrin fərdi bacarıqlarının inkişafı üçün təlimlər təşkil edir və onların tədris prosesində effektivliyini artırmaq məqsədilə müxtəlif pedaqoji metodlardan istifadə edir.