Yeni Kəlam (Müasir teologiya)
Darul Hikmət Elm və Tədris Mərkəzində Yeni Kəlam (Müasir teologiya) fəlsəfə üzrə fəlsəfə doktoru Vaqif Quliyev tərəfindən tədris edilir.
Bu dərsdə Kəlam elmi və din fəlsəfəsinin bir yerdə toplanmasından ortaya çıxan mövzulardan bəhs ediləcək.
Kəlam elmi, yəni din fəlsəfəsi, dini məsələlərə fəlsəfi nöqteyi-nəzərdən yanaşmaqdır. Müasir teologiya elmində isə dini məsələlərə daxili yanaşma sərgilənir və dəlillər ortaya qoyulur.
Müasir teologiya dərsində aşağıdakı mövzulara toxunulacaq:
- İman və ağlın münasibətləri
- Şər məsələləri (Şərrin ilahiyyatla, şərrin insan həyatı ilə toqquşub-toqquşmaması)
İman və ağlın münasibətləri 4 cərəyanda izah ediləcək:
- İttihad (Ağıl və imanın qovuşması hansı məqsədlə bəyan olunur, qərb və şərq filosoflarının nəzəriyyələri)
- Vəhdət (Eynilik nəzəriyyəsi: dinin ağlı və ağlın dini əhatə etməsi)
- Kəsişmə (Din və ağlın kəsişən tərəfləri)
- Ziddiyət (Ağlın hüdudları, rasionalizm və fideizm nəzəriyyəsi)
Şər məsələləri mövzusunda isə insan həyatındakı çətinliklər, problemlər və bunların ilahiyyatla təzadda olub-olmamasından danışılacaq. Şər - teizm və ateizmin toqquşduğu əsas mövzulardan biridir. Şərrin ilahiyyatla təzadda olub-olmamasına isə məntiq, fəlsəfə və ekzistensial tərəfdən baxılacaq. Sonda şər mövzusunun İslam mənbələrində olan yerindən də bəhs ediləcək.
Dərs barədə daha ətraflı
Dərsin davamında isə Allahın isbatı dəlilləri və arqumentləri araşdırılacaq.
Tarixən Allahın varlığının sübutları üçün təqdim olunan isbatlar böyük əhəmiyyət daşıyıb. Bu dəlillərin sayı müxtəlif mənbələrdə 8 və ya 10 kimi göstərilir. Bunların da hər birinin, öz növbəsində 3 və 4 təfsiri var.
Həmçinin, dinin mənşəyi mövzusundan geniş şəkildə danışılacaq. Yəni, dinin insan həyatına daxil olmasının səbəbləri, şəraiti və digər məsələlər barədə izahlar veriləcək.
Bu məsələdə iki yanaşma ortaya qoyulacaq və araşdırılacaq:
- Din, dini məsələlərə ehtiyacımız zərurətindən yaranıbmı?
- Din mövcuddurmu və biz də dinə müraciət edərək öz məsələlərimizi həll edirikmi?
Müasir teologiya dərsində dini təcrübə mövzusundan da bəhs ediləcək. Təcrübə dedikdə, iki məsələ nəzərdə tutulur:
- Xarici hiss orqanları ilə əldə edilən məlumatlar
- Daxili duyğularla əldə edilən hisslərin dərk edilməsi
Dərs barədə daha ətraflı
Yeni Kəlam (Müasir teologiya) dərsinə aşağıdakı link vasitəsilə keçid edərək izləyə bilərsiniz.
https://t.me/yeni_kelam_1