Virtual Dərslər

Məntiq

müəllim:
Elbrus Kərimov

Məntiq

 

Darul Hikmət Elm və Tədris Mərkəzində Məntiq dərsi ilahiyyatçı Elbrus Kərimov tərəfindən tədris edilir.

 

Bu dərsdə aşağıdakı sualların cavabını tapmağa çalışacağıq:
- Məntiq elmi nədir?
İnsan düşünən varlıqdır. Məntiq elmi zehnimizdə sürətlə baş verən həmin düşüncəni yazılı formada bizə təqdim edir. Bununla da zehnimizdə hansı proseslərin getdiyini bizə göstərir.

 

- Məntiq elmi bizə nə öyrədir?
Məntiq elmi düşünməyi deyil, düzgün düşünməyi öyrədir. Bu elm bizi düşüncədə xətadan qoruyur.

 

- Məntiq elmini öyrənmək nə qədər əhəmiyyətlidir?
Məntiq elmi müqabilində dayanan sofistika elmi var. Məntiq elmi düşüncədə xətadan qoruyursa, sofistika elmi isə düşüncədə xətaya səbəb olur. Bu bilərəkdən və ya bilməyərəkdən baş verə bilir.
Məntiq elmi sofistika elminin qarşısında durur və insanları xətaya düşməkdən qoruyur.

 

Məntiq dərslərində hər iki elmin qaydalarından bəhs ediləcək və müqayisəli təhlillər aparılacaq.
Bu dərsdə məntiq elminin 2 predmetindən də danışılacaq:
- Tərif (məchul olan anlayışları necə tərif edə bilərik?)
- Əqli nəticə (düzgün əqli nəticələri necə əldə edə bilərik?)

 

 Məntiq 43 dərsdən ibarətdir.

 

Məntiq dərsinə aşağıdakı link vasitəsilə keçid edərək izləyə bilərsiniz.
https://t.me/mentiq_elmi

 

Müəllim haqqında

Elbrus Kərimov

Elbrus Kərimov

Ətraflı