Virtual Dərslər

Əxlaq fəlsəfəsi

müəllim:
Vaqif Quliyev

Əxlaq fəlsəfəsi

 

Darul Hikmət Elm və Tədris Mərkəzində Əxlaq fəlsəfəsi dərsi fəlsəfə üzrə fəlsəfə doktoru Vaqif Quliyev tərəfindən tədris edilir.

 

Əxlaq fəlsəfəsi iki əsas termindən - əxlaq və fəlsəfədən təşkil olunur. Bu dərsdə əxlaq elminə fəlsəfi tərəfdən yanaşma ortaya qoyulacaq.

 

Bu dərsdə aşağıdakı mövzulardan bəhs ediləcək:
- Qərb dünyasında olan əxlaq fəlsəfəsi
- Şərq dünyasında, xüsusən İslam dünyasında olan əxlaq fəlsəfəsi

 

Əxlaq fəlsəfəsində 2 əsas məsələdən bəhs ediləcək:
- Normativ əxlaq sahəsi
3 ünsür normativ əxlaqın əsasını təşkil edir:
a) əməlin nəticəsi (nəticəçilik)
b) əməlin özü nədən ibarətdir? (vəzifəçilik)
c) əmələ aparan qəsd nədir? (fəzilətçilik)
Bu 3 cərəyanın məktəbləri, şəxsiyyətləri haqqında tənqid və mülahizələr ortaya qoyulacaq.

 

- Analitik əxlaq sahəsi (təhlili əxlaq)
Əxlaqın bu sahəsində 2 əsas məsələ araşdırılacaq:
a) əxlaqi rəftarlar (ədalət, xəyanət, əmanət, zülm, doğruluq, yalan və sair)
b) dəyərlər (əxlaqi rəftarların hansı dəyərlərlə qiymətləndirildiyinə baxılacaq)
Analitik əxlaqda həm əməlin özü haqqında, həm də dəyəri haqqında danışılacaq.

 

Dəyərlərin özü də 3 hissəyə bölünərək izah olunacaq:
- semantik sahə (dəyərlərin mənaları)
- epistemoloji (əxlaq dəyərlərinin mərifət və bilik sahəsini əhatə edib-etmədiyinə baxılacaq)
- ontoloji (əxlaqın həqiqətdən qaynaqlanıb-qaynaqlanmadığı haqqında bəhs ediləcək)

 Dərs barədə daha ətraflı

 

Əxlaq fəlsəfəsi 50 dərsdən ibarətdir.

Əxlaq fəlsəfəsi dərsinə aşağıdakı link vasitəsilə keçid edərək izləyə bilərsiniz.
https://t.me/Exlaqfelsefesi

Müəllim haqqında

Vaqif Quliyev

Vaqif Quliyev

Ətraflı