Virtual Dərslər

İslam fəlsəfəsi

müəllim:
Vaqif Quliyev

İslam fəlsəfəsi

 

Darul Hikmət Elm və Tədris Mərkəzində İslam fəlsəfəsi dərsi fəlsəfə üzrə fəlsəfə doktoru Vaqif Quliyev tərəfindən tədris edilir.

 

Bu dərsdə öncə fəlsəfənin nə olduğundan, daha sonra İslamın fəlsəfi yanaşmasından bəhs ediləcək.
Qısaca olaraq nəzərinizə çatdıraq ki, fəlsəfə həqiqəti dərk etmə, bəyan etmə, çatdırma və anlatma üslubu və elmidir. İslam fəlsəfəsi isə bu həqiqətin maddi və qeyri-maddi tərəflərini araşdırır.

 

İslam fəlsəfəsi dərsində aşağıdakı mövzulardan danışılacaq:
- Fəlsəfə nədən ibarətdir?
- İslam fəlsəfəsinin tərkib hissəsi nədən ibarətdir?
- Real tərkib hissədir, yoxsa deyil?
- İslam fəlsəfəsində hansı cərəyanlar var? (məşşailik (prepatik), işraqilik və mütaliə fəlsəfəsi)

 

Dərsdə bəhs ediləcək önəmli mövzulardan biri də vücud (mütləq varlıq) haqqında olacaq. Bu mövzuya aşağıdakı istiqamətlərdən yanaşılacaq:
- Vücudun mahiyyəti
- Nəyə görə vücud İslam fəlsəfəsinin təməlində dayanır?
- Vücudun orijinallığı və qeyri-orijinallığı

 

Daha sonra çoxluq anlayışı araşdırılacaq. Çoxluğun nədən ibarət olduğu və çoxluğun vəhdətə dayanması izah ediləcək.

 

Həmçinin səbəb-nəticə mövzusundan da bəhs ediləcək. Səbəb-nəticənin aləmdəki təsiri, qisimləri və təsnifatı haqqında məlumat veriləcək.

 

Daha sonra aşağıdakı mövzulara da toxunulacaq:
- Maddilik, qeyri-maddilik və isbatlanması
- Fizikallıq, qeyri-fizikallıq və isbatlanması
- Mücərrədlik
- Zaman və məkan anlayışı, mücərrədlikdə rolu
- Molla Sədranın Hikmət fəlsəfəsində substansiyanın hərəkəti

 

Ən sonda ilahiyyat məsələsinə fəlsəfi aspektdən yanaşmaya nəzər yetiriləcək.

Dərs barədə daha ətraflı 

 

 İslam fəlsəfəsi 68 dərsdən ibarətdir.

 

İslam fəlsəfəsi dərsinə aşağıdakı link vasitəsilə keçid edərək izləyə bilərsiniz.
https://t.me/dh_islam_felsefesi

 

Müəllim haqqında

Vaqif Quliyev

Vaqif Quliyev

Ətraflı