Virtual Dərslər

Üsul elmi

müəllim:
Elbrus Kərimov

Üsul elmi

 

Darul Hikmət Elm və Tədris Mərkəzində Üsul elmi dərsi ilahiyyatçı Elbrus Kərimov tərəfindən tədris edilir.

 

Üsul elmi şəriət hökmlərinin necə əldə edilməsinin yollarını öyrənir.
Dinimizdə peyğəmbər (s) dövründə mövcud olan məsələlərlə yanaşı yaşadığımız dövrün tələblərinə müvafiq olaraq meydana çıxmış yeni şəri məsələlər mövcuddur, həmçinin, müasir insan adıçəkilən məsələlərin hökmünü peyğəmbər (s) və məsumlardan (ə) soruşmaq imkanından məhrumdur. Bu halda, biz yalnız məsumlardan əldə olunmuş üsul qaydaları ilə şəri hökmləri əldə edə bilərik.

 

Bu dərsdə bir müctəhidin, alimin şəriət hökmlərini necə əldə etməsinin yollarından bəhs ediləcək.

 

Qeyd edək ki, bəzən üsul elminə fiqh elminin məntiqi də deyilir. Bir fərqlə ki, məntiq elmi ümumi olaraq insana doğru düşünməyi, üsul elmi isə şəriət sahəsində doğru düşünməyi öyrədir və xətadan qoruyur.

 

Üsul elmi dərsinə aşağıdakı link vasitəsilə keçid edərək izləyə bilərsiniz.
https://t.me/Usulelmi

Müəllim haqqında

Elbrus Kərimov

Elbrus Kərimov

Ətraflı