Haqqımızda

Şahlar Şərifov

Şahlar Şərifov

İlahiyyat üzrə fəlsəfə doktoru, dosent, “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində aparıcı elmi işçisi.
Şahlar Şahbaz oğlu Şərifov 23 sentyabr 1981-ci ildə Salyan rayonunda anadan olub.
1988-1999-ci illərdə Salyan rayonunda Məhərrəm Dadaşov adına Kürqaraqaşlı kənd orta məktəbdə təhsil alıb.
1999-ci ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olmuş, 2004-cü ildə həmin ali təhsil müəssisəsini ilahiyyatçı və ərəb dili müəllimi ixtisası üzrə bitirib.
2004-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 21.00.01 “Dinşünaslıq” ixtisası üzrə aspiranturasına qəbul olunub. 2009-cu ildə “Məhəmmədhəsən Mövlazadə Şəkəvi və onun “Kitabul-bəyan fit-təfsiril Quran” adlı dissertasiya işini müdafiə edərək ilahiyyat üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.
2006-2019-cu illərdə Bakı İslam Universitetində “İslam tarixi” fənnini tədris edərək baş müəllim vəzifəsində çalışmışdır.
2015-2017-ci illədə Azərbaycan Milli Elmlər Akademiyası Abasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin-böyük elmi işçisi vəzifəsində çalışmışdır.
2018-ci ilin 5 yanvar tarixindən bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində aparıcı elmi işçisi vəzifəsində çalışır.
2019-cu ildə dosentlik dərəcəsi alıb.
Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda tarix üzrə elmlər doktoru alimlik dərəcəsini almaq üçün “Raşidi xəlifələri dövründə xilafətin Azərbaycan siyasəti” adlı doktorluq mövzusu üzərində tədqiqatla məşğuldur.
2 kitab, 1 monoqrafiya və 80 məqalə müəllifidir. Ailəlidir, iki övladı var.

Darul Hikmət Elm və Tədris Mərkəzində Dinlər tarixi, İslam tarixi, Məzhəblər tarixi dərslərini tədris edir.